-
- 29-05-2024, 13:42
- 1 452
Kişi nərddə səhvə görə qonşusunu mişar-rəndə ilə VURDU
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Bəşirzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az Pravda.az-a istinadla bildirir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 04 aprel 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, Xəlil Bəşirzadə evinə qonaq gələn qonşusu, zərərçəkmiş Qasım Dadaşovla (şərti) nərdtaxta masa üstü oyunu oynayıb. Bu zaman həmin oyunu səhv oynamasına görə qonşusu ona irad tutub. Xəlil isə zərərçəkmiş şəxsə əsəbiləşib və aralarında mübahisə yaranıb. Nəticədə o, elektrik mişar-rəndəni götürərək Qasımın baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Xəlil Bəşirzadə cinayət məsuliyyətinə cəlb edilib.