-
- 29-05-2024, 13:44
- 360
Polşa-Belarus sərhədində gərginlik artır
Polşa Belarus sərhədində fəallıq artırır.
News24.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu gün verdiyi açıqlamada, gələn həftənin əvvəlində Belarus sərhədində 200 metrlik bufer zonasını yenidən tətbiq edəcəklərini bildirib.
Polşanın müdafiə naziri Vladislav Kosiniak Kamış da açıqlama verib: “Biz Belarus sərhədində hərbi mövcudluğumuzu artırmağa hazırıq”.
Tusk, 2028-ci ildə tamamlanması planlaşdırılan Şərq Qalxanı kimi tanınan bir sistemlə şərq sərhədini gücləndirmək üçün 2,3 milyard avrodan çox investisiya qoyulacağını açıqlayıb.
O, Moskvanın işğalına qarşı Ukraynanı dəstəkləyən Polşa, Rusiya və Belarusun düşmənçilik hərəkətlərinin hədəfində olduğunu deyir.
Bu hərəkətlərə kiberhücumlar, yandırma cəhdləri və immiqrantların qeyri-qanuni keçidi daxildir ki, bu da səlahiyyətlilərin Avropa İttifaqında sabitliyi pozmaq məqsədi daşıdığını bildirir.
Belarus hərbi helikopterlərinin ölkə sərhədini pozduğunu iddia edən Polşa ötən il sərhədə minlərlə əlavə əsgər göndərib.
Günel Məlikzadə