-
- 11-05-2019, 12:31
- 1 070
"Hörümçək-adam"ın yaradıcısı öldü
Amerikalı ssenarist, “Oskar” və “Qızıl qlobus mükafatlarının sahibi Elvin Sarcent vəfat edib.
92 yaşında dünyasını dəyişən rejissor məşhur “Hörümçək-adam” filminin ssenaristidir.
News24.az xarici mətbuata istinadla xəbər verir ki,məşhur rejissor Vaşinqtonda, Sietldəki evində ölüb.
Ssenaristin ailəsi dəfn xərclərini güllərə yox, “Xərçəngə qarşı gəl” adlı yardım fonduna bağışlamalarını istəyib.
Xatırladaq ki, E.Sarcent 1927-ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, “Qamma-şüaların qızçiçəklərinın davranışına təsiri” (1972), “Ağ saray” (1990), “Özgə pulları” (1991), “Boqus” (1996), “Vəfasız” (2002) kimi filmlərin, habelə rejissor Sem Reyminin “Hörümçək-adam” filminin ikinci və üçüncü hissələrinin (2004 və 2007), “Yeni Hörümçək-adam” (2012) filminin ssenari müəllifi olub.
E.Sarcent 1978-ci ildə “Culiya” (1977) və 1981-ci ildə “Adi insanlar” (1980) filmlərinə yazdığı ən yaxşı uyğunlaşdırılmış ssenarilərə görə “Oskar” mükafatlarına layiq görülüb, habelə “Kağız ay” (1973) filminin ssenarisinə görə “Oskar” mükafatına namizədliyi irəli sürülüb. 1979-cu ildə ona Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatı, 2005-ci ildə isə “Saturn” mükafatı təqdim edilib.