Şəkər xəstələri üçün ən faydalı qidalar
    • 29-05-2024, 21:19
    • 598

Şəkər xəstələri üçün ən faydalı qidalar

Karbohidratlar qan şəkərini digər qidalardan daha çox artırır. Buna görə də, diabet xəstələri karbohidratları nəzarətli şəkildə istehlak etməlidirlər.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, qan şəkərini tarazlaşdırmaq üçün əsas yeməklərdə qatıq, ayran, kimi qidalar qəbul edilməlidir.

Bu qidalar qan şəkərinin sürətlə yüksəlməsi və azalmasının qarşısını alır, qan şəkərini nəzarət altında saxlamağı asanlaşdırır. Qan şəkərini artırmayan düyü plovu yerinə bulqur plovu, üzüm yerinə isə alma istehlak edilməlidir.

Əsas yeməklərdə qara çörəkdən istifadə etmək vacibdir. Brokoli, yerkökü, göyərti, bibər və pomidor kimi tərəvəzlərdə qan şəkərini nəzərətdə saxlamaqda kömək edir. Portağal, qovun, giləmeyvə, alma və banan kimi meyvələrdəndə istifadə edilməsi şəkərli diabet xəstəlikərinə kömək edir.