-
- 29-05-2024, 22:16
- 207
Rəisinin öldüyü yerə turlar təşkil edilir
Mayın 19-da Prezident İbrahim Rəisi və digər helikopter qurbanlarının öldüyü hadisə yerinə ziyarətçi karvanları təşkil olunur.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Şərqi Azərbaycanın müxtəlif şəhər və kəndlərində hökumətin təşkil etdiyi anım mərasimləri keçirilir, mərasim iştirakçıları piyada şəkildə qəza baş verən bölgəyə göndərilir.
Həmçinin mərasimlərə qatılan yerli əhalinin sayının azlığı səbəbindən mərasimlərə İranda yaşayan əfqanıstanlı qaçqınların cəlb edildiyi bildirilir.