Qəzada həlak olan Rəisinin nəşi bu şəhərə göndərilir
    • 21-05-2024, 12:39
    • 494

Qəzada həlak olan Rəisinin nəşi bu şəhərə göndərilir

Mayın 19-da təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin cənazələri vida mərasimindən sonra Qum şəhərinə göndəriləcək.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bu dəqiqələrdə Təbriz şəhərində vida mərasim keçirilir.

Mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.