Kobud səhv: Maşın aşdı
    • 29-05-2024, 18:12
    • 272

Kobud səhv: Maşın aşdı

İstanbulda sürücü əyləc əvəzinə qaza basıb. Bu zaman avtomobil 4 metr aşağı düşüb və aşıb. 

News24.az xəbər verir ki, qəza nəticəsində yuvarlanaraq tərs çevrilən avtomobilin içərisində olan sürücü səsləri eşidən vətəndaşlar tərəfindən çıxarılıb.

Hadisə yerinə gələn tibb işçiləri yüngül xəsarət alan qadına ilkin tibbi yardım göstərdikdən sonra onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, qadının vəziyyətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə