Vulkan püskürdü: Fövqəladə vəziyyət elan edildi
    • 17-03-2024, 19:01
    • 526

Vulkan püskürdü: Fövqəladə vəziyyət elan edildi

Reykjanes yarımadasında növbəti - dekabrdan bəri dördüncü vulkan püskürməsindən sonra İslandiyanın cənubunda fövqəladə vəziyyət elan edilib.

News24.az Lent.az-a istinadən verdiyi xəbərə görə, lava əhalisi təxliyə edilmiş kiçik Qrindavik şəhərinin şərqinə çatıb.

Qeyd edək ki, vulkan püskürməsi dünən yerli vaxtla saat 20.00-da başlayıb. İslandiya Meteorologiya İdarəsi püskürən lavanın həcminin və lava axınının sürətinin hazırda azalmasının müşahidə olunduğunu açıqlayıb. İslandiyanın mülki müdafiə qurumunun direktoru Vidir Reynisson lava axınına qarşı mümkün olan hər şeyin edildiyini, ancaq ən böyük narahatlığın lavanın infrastruktura təsir ilə bağlı olduğunu qeyd edib.