-
- 14-01-2024, 18:15
- 241
Bir şəhəri köçürən vulkan yenidən püskürdü
İslandiyada Qrindavik şəhəri yaxınlığında yenidən vulkan püskürüb.
News24.az xəbər verir ki, vulkan yerli vaxtla saat 03.00-da püskürüb.
İslandiya Meteoroloji Bürosu Qrindavik şəhərinin şimalından başlayan bəndin hər iki tərəfində çatlar yarandığını açıqlayıb.
Qeyd edək ki, Qrindavik şəhərinin əhalisi keçən ilin noyabrında evakuasiya edilib. Dekabrda vulkan püskürüb, ancaq lava şəhər istiqamətində axmayıb.