-
- 30-05-2024, 19:51
- 430
Xərçənglə bağlı yeni faktlar tapıldı – Qədim Misirdə həkimlər...
Xərçəng müasir dövrün xəstəliyi kimi qəbul edilir. Ancaq qədim Misirin tibbi mətnləri göstərir ki, uzaq dövrlərin həkimləri bu xəstəliyi yaxşı biliblər.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, 4000 ildən çox yaşı olan bir kəllə sümüyündən əldə edilən yeni məlumatları qədim Misir həkimlərinin bəzi xərçəng növlərini cərrahi yolla müalicə etməyə cəhd göstərdiklərini üzə çıxarıb.
Kembric Universitetinin Dakvort Laboratoriyasında saxlanılan kəllə sümüyünün öldüyü zaman 30-35 yaşlarında olan kişiyə aid olduğu deyilir.
Elm adamları XIX əsrin ortalarından bəri kəllənin zədələnmiş səthini, o cümlədən bədxassəli şişlər nəticəsində zədələnmiş sümük parçaları olduğuna inanılan çoxsaylı fraqmentləri tədqiq ediblər.
Arxeoloqlar hesab edirlər ki, bu kəllə e.ə. 2686-2345-ci illəri əhatə edən qədim dünyada bədxassəli şişlərin ən qədim nümunələrindən biridir. Amma elm adamları bu yaxınlarda rəqəmsal mikroskopiya və kompüter tomoqrafiyasından (CT) istifadə edərək şiş izlərinə daha yaxından nəzər saldıqda, şişlərin ətrafında kəsik izləri tapıblar və bu, şişləri çıxarmaq üçün iti metal alətlərdən istifadə edildiyi fikrini irəli sürüblər.
“Bu, bəşəriyyətin indi cərrahi olaraq “xərçəng” adlandırdığımız fenomenlə ilk dəfə qarşılaşması idi. Ancaq təbiblərin xəstə sağ ikən şişləri çıxarmağa cəhd edib-etmədiyi, yoxsa ölümündən sonra şişlərin analiz üçün götürülüb-götürülmədiyi məlum deyil”, - ispan professor, tədqiqatın baş müəllifi Edqard Kamaros deyir.