-
- 18-07-2019, 01:00
- 1 111
Gecəsi 350$ olan dünyanın ən qədim mehmanxanası Nə az, nə çox 1300 il
Yaponiyadakı “Xoşi Riokan” mehmanxanası dünyada ən qədim müəssisə hesab olunmuşdur. News24.az xəbər verir ki, əvvəllər bu titulu 578-ci ildə əsası qoyulmuş Konqoqumi şirkəti daşıyırdı. Lakin bu şirkət digər bir müəssisə tərəfindən udularaq titulunu əldən vermişdir. Bundan sonra 717-ci ildə tikilmiş “Xoşi Riokan” dünyanın ən qədim mehmanxanası kimi turistlərin diqqətini özünə cəlb etməyə başlamışdır.
Artıq 1300 ildir ki, bu mehmanxananı bir ailə idarə edir. İndiki idarəedicilər həmin ailənin 46-cı nəslidir. Burada indiyədək qədim ənənələrə ehtiram göstərilir-sakinlər üçün çay mərasimləri təşkil edilir, onlara hətta qışda da isti qalan açıq səma altındakı qaynar bulaqlarda çimmək təklif olunur.
Qeyd edək ki, qədim “Xoşi Riokan”da gecələmək 350 dollara başa gəlir.