-
- 31-05-2024, 10:21
- 203
Danimarkadan Ukraynaya dəstək
Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Brüsseldə jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.
News24.az-ın məlumatına görə, Rasmussen bildirib ki, Ukraynaya F-16-ların tədarükü çərçivəsində bu təyyarələrdən istifadə üçün pilot və personalın hazırlanmasına da kömək edəcəklər.
Ukraynanın Rusiya ərazisində F-16-lardan istifadə etmə ehtimalını dəyərləndirən Rasmussen, "Hücuma məruz qalan bir ölkənin özünü müdafiə etməsi tamamilə müharibə qanunu çərçivəsindədir" deyib.
F-16-ların verilməsinin Ukraynaya Rusiyaya “ixtiyari hücumlar” etmək üçün “tam səlahiyyət” verildiyi anlamına gəlmədiyini bildirən nazir Rasmussen, bu təyyarələrin Ukraynaya “Rusiya ordusunu zəiflətmək imkanlarından istifadə etmək üçün verildiyini” vurğulayıb.
Bildirək ki, Hollandiya və Danimarkanın başçılıq etdiyi ölkələr 2023-cü ilin mayında Ukraynaya F-16-ların tədarükü və NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanması barədə razılığa gəliblər.
Onu da qeyd edək ki, Hollandiya Ukraynaya 42 F-16, Danimarka isə 19 F-16 təyyarəsi verəcəyini açıqlayıb.
Günel Məlikzadə