Britaniya Ukraynaya raketlər göndərəcək
    • 11-05-2023, 17:52
    • 221

Britaniya Ukraynaya raketlər göndərəcək

Britaniya Ukraynaya uzaqmənzilli qanadlı raketlər göndərəcək.

News24.az
xəbər verir ki, bunu İngiltərənin müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı deyib.

Nazir bu silahların Ukraynaya öz hüquqi çərçivəsində istifadə oluna bilməsi üçün verildiyini vurğulayıb.

Xatırladaq ki, Britaniyanın Baş naziri Rişi Sunak fevral ayında Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazır olduqlarını və hökumətin onların tədarükü üçün tender prosesinə başladığını bəyan etmişdi.

Qumral Əliyeva