-
- 11-07-2023, 18:39
- 269
Makron Ukraynaya raket göndərdi, fransızlar "dəlidir" dedi
“Fransanın Ukraynaya uzun mənzilli SCALP raketlərini tədarük etməsi münaqişəyə daxil olmaqdır”.
News24.az xəbər verir ki, bunu Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Tvitter səhifəsində bildirib.
“Fransa hazırda NATO sammitində getdikcə daha çox müharibəyə bənzəyən bir çox şeyi elan edir! Makron dəlidir! Parlament təcili iclas tələb etməlidir”, - o qeyd edib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammiti başlamazdan əvvəl bildirib ki, Fransa Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəstəkləmək üçün Ukraynaya uzaqmənzilli raketlər ötürəcək. Fransanın LCI telekanalı xəbər verib ki, söhbət SCALP uzaqmənzilli raketlərdən gedir. Məlumata görə, artıq həmin raketlər Ukraynaya çatıb.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”. Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarına kömək etmir və mənfi təsir göstərəcək.
Akqabay