-
- 31-05-2024, 17:37
- 401
Dollar/TL proqnozu - Pik həddə...
ABŞ-ın bank nəhəngi JPMorgan, Türkiyədə siyasət faizi və inflyasiyanın pik həddinə yaxınlaşdığına inamın artdığını vurğulayıb.
News24.az xəbər verir ki, bank, Dollar/Türk Lirəsi pariteti ilə bağlı ilin sonuna gözləntisini 36-dan 35,5-ə yenidən baxıb.
Qeyd edək ki, təhlildə inflyasiyanın 2025-ci ilin sonuna kimi 25 faizə düşəcəyi dəqiq olduğu bildirilib.
Bank həmçinin Türkiyənin dövlət daxili borc qiymətli kağızları (GDS) üçün investisiya tövsiyəsini “artıq çəki” səviyyəsinə qaldırıb.
Onu da bildirək ki, TL dollar qarşısında 32,20 ətrafında ticarət edir.
Günel Məlikzadə