-
- 12-05-2019, 14:05
- 792
"Dövlət idarəçiliyi etibarlı əllərdədir" - Aydın Mirzəzadə
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı bir daha göstərdi ki, Azərbaycanda dövlət idarəçiliyi etibarlı əllərdədir. Heydər Əliyev siyasi kursu qorunur. Bu siyasətlə Azərbaycan daha böyük uğurlar qazanacaq.
News24.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışı bir daha sübut edir ki, zamanında Heydər Əliyev tərəfindən aparılmış islahatlar bu gün aparılan islahatlar üçün gözəl zəmin yaradır:
"Prezident İlham Əliyev çıxışında Azərbaycan tarixində böyük rol oynamış görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verdi. Bir daha bildirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin taleyüklü məsələlərini həll edib. Onun xidmətləri sayəsində Azərbaycan geridə qalmış bir ölkədən inkişaf etmiş bir ölkəyə çevrildi. Azərbaycan bütün sahələrdə yüksək nailiyyətlər qazandı. Heydər Əliyevin Moskvada fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi".
Millət vəkili vurğulayıb ki, Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının qarşısında çox güclü sədd idi:
"1987-ci ildə o, vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyllər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi".
A.Mirzəzadənin sözlərinə görə, Heydər Əliyevin özündən sonra qoyduğu siyasi irs Azərbaycanın bugünkü problemlərini həll etməkdə, ölkənin dünya birliyində layiqli yer tutmasında əsas rol oynayır:
"Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etməsi tarixi bir zərurət idi. Bu xalqın təkidi, tələbi, Azərbaycanın xilasının çox vacib bir şərti idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. O, Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini möhkəmləndirdi. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. 1992-93-cü illərdəki səriştəsiz AXC-Müsavat cütlüyünün əksi olaraq Heydər Əliyevin hakimiyyət illəri ölkənin ağır problemlərinin həll edildiyi, Azərbaycanın vətəndaş müharibəsindən xilas olduğu, müstəqil inkişaf yoluna qədəm qoyduğu bir dövr oldu".