Ukraynada enerji obyektləri zədələndi
    • 1-06-2024, 09:20
    • 211

Ukraynada enerji obyektləri zədələndi

Bu gwn səhər saatlarında rus qoşunları Ukraynanın İvano-Frankivsk, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində enerji obyektlərinə hücum edib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri ölkənin energetika naziri German Qaluşenkonun bəyanatına istinadən məlumat yayıb.

Zərbələr həmçinin Kiyevin nəzarətində olan Donetsk Xalq Respublikası və Zaporojye vilayətinin bir hissəsində yerləşən obyektlərə də endirilib.

“Nəticələr aydınlaşdırılır. Artıq energetiklər onların aradan qaldırılması üzərində işləyirlər”, - Qaluşenko bildirib.

Onu da bildirək ki, bu gün səhər tezdən Ukraynanın bütün ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. Əvvəlcə saat 02:04-də Rivne bölgəsində sirenlər işə düşüb. Saat 03:52-yə olan məlumata görə, ölkənin bütün rayonları həyəcan xəritəsində qırmızı zonada olub.

Günel Məlikzadə