-
- 1-06-2024, 11:23
- 292
Ərdoğan Azərbaycanla bağlı iki sənədi təsdiqlədi
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
News24.az xəbər verir ki, bununla bağlı müvafiq sənədlər "Resmi Gazete" yayımlanıb.
Sənədə əsasən, 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib.
Bundan əlavə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.