Cennifer Lopesdən sevənlərinə üzücü xəbər
    • 1-06-2024, 18:45
    • 208

Cennifer Lopesdən sevənlərinə üzücü xəbər

Artıq bir neçə həftədir ki, pərəstişkarları müğənni Cennifer Lopez və aktyor Ben Afflek arasındakı münasibətdə əslində nə baş verdiyini anlamağa çalışırlar.

News24.az Axşam.az istinadən xəbər verir ki, boşanma xəbərləri ortaya çıxdıqdan sonra həyat yoldaşları ya paparatsilərin onları görüntüləməsinə şərait yaratdılar, ya da toy üzükləri olmadan ictimaiyyətə çıxdılar.

CeyLo izləyiciləri üçün daha bir üzücü xəbər açıqlayıb. O, yeni albomu “This Is Me... Now”a dəstək olaraq Şimali Amerika turunu ləğv etdiyini açıqlayıb.

Sənətçi cümə günü açıqlamasında “Sizi ruhdan saldığım üçün çox üzüldüm və məyus oldum. Zəhmət olmasa bilin ki, bunu tamamilə zəruri hesab etməsəydim etməzdim. Söz verirəm ki, hər şeyi düzəldəcəyəm və yenidən birlikdə olacağıq. Hamınızı çox sevirəm. Sonra görüşərik..." sözlərini deyib. 

"Page Six" qastrol səfərinin ləğvinin tələbin az olması ilə deyil, müğənninin şəxsi həyatındakı problemlərlə bağlı olduğunu yazıb. Bir insayder bildirib ki, cütlüyün problemləri məhz onların gərgin iş qrafiki səbəbindən yaranıb.