-
- 2-06-2024, 08:47
- 221
Makronla Paşinyan arasında telefon danışığı olub
Ermənistan Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Makron Paşinyanı ad günü münasibətilə təbrik edib.
"Baş nazir təbriklərinə, həmçinin Ermənistan və Fransa arasında əlaqələrin inkişafına verdiyi müstəsna töhfəyə görə Makrona təşəkkür edib", - məlumatda bildirilib.