5 bina ÇÖKDÜ
    • 3-06-2024, 11:13
    • 1 912

5 bina ÇÖKDÜ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Yaponiya Suzu şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

News24.az-ın məlumatına görə, zəlzələ nəticəsində Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina çöküb. Bölgədəki atom elektrik stansiyalarında hər hansı anormallıq aşkar edilməyib.

Qeyd edək ki, yerli vaxtla saat 06.40-da həmin bölgədə 4,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələlərdə ölən olmayıb.

Şərqi Yaponiya Dəmiryolunun açıqlamasına görə, zəlzələlər səbəbilə Hokuriku və Joetsu yüksək sürətli qatar xəttlərində yubanmalar olub.

Onu da bildirək ki, JMA bölgədə artçı təkanların bir həftə davam edə biləcəyini açıqlayıb.

Günel Məlikzadə