İranda ardıcıl üç ZƏLZƏLƏ: Dağıntı və tələfat...
    • 5-04-2024, 14:02
    • 242

İranda ardıcıl üç ZƏLZƏLƏ: Dağıntı və tələfat...

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, Müşrage şəhərində olan zəlzələ yerli vaxtla saat 12.15-də qeydə alınıb.

Qeyd edək ki, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb. 

Zəlzələ yerin 16 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Günel Məlikzadə