Nigar meyxanaçıların bostanına daş atdı
    • 3-06-2024, 12:12
    • 261

Nigar meyxanaçıların bostanına daş atdı

Əməkdar artist Nigar Şabanova meyxanaçıları ittiham edib.

News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Günaydın, Azərbaycan” verilişində danışıb.  

O, musiqi aləmindəki problemlərdə meyxanaçıları təqsirləndirib:

“Yenə dilimin bəlasına keçəcəm. Kaş, meyxana ifaçılarımız sözlərinin sanbalına uyğun müğənnilərlə ifa edərdilər. Onda sənət bu günə gəlib çıxmazdı. Sənətin bu günə salınmasının birbaşa günahkarı meyxana ifaçılarıdır. Sənəti olanlarla oxusaydılar...

Söz və musiqi həmişə bir olmalıdır. Amma səsi və sənəti olan insanlarla bir. İnanın ki, sənət bu qədər cılız hala gəlib çıxmazdı”.