-
- 3-06-2024, 16:00
- 184
Əli Əsədov Minskə GETDİ
İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfər edib.
News24.az xəbər verir ki, “Minsk” milli aeroportunda Əli Əsədovu Belarusun Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycanın Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.