-
- 25-12-2023, 10:57
- 240
Paşinyan Rusiyaya nə üçün gedib?
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Paşinyan Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclasında və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin qeyri-rəsmi sammitində iştirak edəcək.
Paşinyan dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.
Qumral