Əsədov Belarusun Baş naziri ilə görüşdü
    • 25-08-2022, 22:52
    • 391

Əsədov Belarusun Baş naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bu barədə News24.az-a Nazirlər kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.