İkinci dəfə ana oldu
    • 3-06-2024, 23:07
    • 270

İkinci dəfə ana oldu

2019-cu ildə Barselonada basketbolçu Caner Erdenizlə ailə quran Türkiyəli aktrisa və model Müge Boz ikinci dəfə ana olacağını açıqlayıb.

News24.az xəbər verir ki, hamiləliyi dövründə tez-tez qarnı ilə pozalar paylaşan Boz 1 iyun şənbə günü körpəsini qarşılayıb.

Doğuş zamanı cinsiyyətini öyrənən Müge Boz oğlan uşağı dünyaya gətirib. Məşhur cütlük oğullarına Rika adını verib.

Caner Erdeniz də "Oğlumuz Rika Erdeniz 1 iyun səhəri sağlam doğuldu. Bütün xoş arzularınız üçün təşəkkür edirəm" deyərək paylaşım edib.

Artıq ikinci dəfə ana olmaq xoşbəxtliyini yaşayan Müge Boz oğlu Rika ilə ilk pozalarını izləyicilərinə təqdim edib.

Balaca oğlunun üzünü göstərməyən məşhur aktrisa paylaşımına “Rika... 1 iyun” yazıb.

Yeni ana Müge Bozun paylaşımına minlərlə bəyənmə və təbrik şərhləri gəlib.

Günel Məlikzadə