Tarkandan yeni müjdə
    • 3-06-2024, 23:30
    • 210

Tarkandan yeni müjdə

Meqastar Tarkan son illərdə "Geççək" və "Son Durak" mahnıları ilə gündəm olub. Keçən ay Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə yazdığı "Yaxşı yat" adlı marşı ilə adından söz etdirən Tarkan ötən aylarda yeni albomunun müjdəsini verib.

News24.az xəbər verir ki, Tarkan yeni albomunu belə təsvir edib: “Bilirəm ki, bu albom bitsin, yeni mahnılar çıxsın” deyirsiniz. İnanın, az qala vaxtıdır. Bir az da səbr edin əzizlərim. O, Qarşılaşmamız yaxındır” sözləri ilə müjdə verib.

Ötən aylarda studiyada albom hazırladığı anları paylaşan Tarkan, "Albomun miksləri üçün qardaşım Utku Ünsalla gecə-gündüz studiyalardayıq. Az qaldı" deyib.

Yeni albomunu 2024-cü ilin yayına hazırlamaq üçün çalışdığını bildirən Tarkan Tevetoğlu gözlənilən açıqlamanı verib.

Tarkan "Kuantum 51" adlı yeni albomunun çıxış tarixini "Yeni albomum 14 iyunda sizinlə olacaq" sözləri ilə açıqlayıb.

Günel Məlikzadə