Moskva Türkiyənin BRİKS-ə marağından məmnundur
    • 4-06-2024, 14:47
    • 674

Moskva Türkiyənin BRİKS-ə marağından məmnundur

Moskva Türkiyənin BRİKS-ə (Braziliya, Rusiya, İran, Çin, Cənubi Afrika) qoşulma marağını alqışladığını açıqlayıb.

News24.az xəbər verir ki, Kremlin bu gün verdiyi açıqlamada bunun ölkələrin iqtisadi birliyini təmsil edən BRİKS sammitinin gündəmində olacağı bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov BRİKS-ə müxtəlif dövlətlər tərəfindən marağın artdığını, lakin qruplaşmanın bütün maraqlı ölkələri tam qane etməsinin mümkün olmadığını bildirib.

Qeyd edək ki, yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRİKS-ə qoşulub.

BRİKS birliyi Qərb ölkələrinin iqtisadi birliyinə alternativ kimi qiymətləndirilir.

Günel Məlikzadə