Komendant intihar edən gəncə mane olmaq istəyibmiş - VİDEO
    • 4-06-2024, 17:07
    • 170

Komendant intihar edən gəncə mane olmaq istəyibmiş - VİDEO

Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub. 

News24.az apa-ya istinadla xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb. 

Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.