Heyli Biber moda nəhəngi üçün kamera qarşısında
    • 4-06-2024, 23:59
    • 209

Heyli Biber moda nəhəngi üçün kamera qarşısında

Əyləncə dünyasının ən məşhur cütlüklərindən olan Heyli Biber və Castin Biber 2018-ci ildə evləniblər.

News24.az xəbər verir ki, xoşbəxt ailə quran kanadalı müğənni Castin Biber və model Heyli Biber ötən həftə uşaq gözlədiklərini açıqlayıblar.

Günün ən məşhur modellərindən olan Heyli Biber Fransanın Saint Laurent moda markası üçün kamera qarşısına keçib.

Məşhur model Saint Laurent brendinin 2024 Yay kolleksiyası üçün poza verib.

Grey Sorrentinin çəkdiyi kampaniyada mövsümün olmazsa olmaz kombinezonları ön plandadır.

Kampaniyaya brendin Ray-Ban ilə birgə kolleksiyasından parçalar da daxil idi.

Günel Məlikzadə