Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ
    • 23-04-2024, 15:22
    • 140

Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ

Məşhur müğənni Castin Biberin yaxın dostu, Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvilldə öldürülüb.

News24.az musavat.com-a istinadən bildirir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Neşvill polisinin verdiyi məlumata görə, 33 yaşlı reper "Hayes Street" otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Kinqin keçmiş otaq yoldaşı müğənni Castin Biber instaqramda "Səni sevirəm, qardaş. Cənnətdə görüşənədək" yazıb.

Qeyd edək ki, Kinq 10 illik rep karyerası ərzində bir çox albom buraxıb. O, sonuncu dəfə aprelin 8-də "Seeing Double Seeing Double" albomunu buraxıb.