İlon Maskın Mars planı
    • 4-06-2024, 22:35
    • 181

İlon Maskın Mars planı

Elon Musk SpaceX-in Starship raketinin növbəti buraxılış cəhdi üçün lazımi icazələri aldığını və uçmağa hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, 120 metr uzunluğunda olan "Starship" indiyə qədər hazırlanmış ən böyük raketdir.

Kosmik gəmi çərşənbə günü SpaceX-in Texas ştatının Boka Çika şəhərindəki Starbase obyektindən buraxılacaq. Bu sınaq milyarder iş adamının Marsı müstəmləkə etmək hədəfində mühüm addım olacaq.

Bu, Starship raketinin dördüncü böyük uçuş cəhdi olacaq.

Günel Məlikzadə