İstanbulda 4 mərtəbəli bina yandı
    • 5-06-2024, 11:07
    • 155

İstanbulda 4 mərtəbəli bina yandı

İstanbulda plastik xammal istehsal edən iş yerində yanğın baş verib. Naməlum səbəbdən baş verən yanğın qismən arxadakı binaya keçib.

News24.az xəbər verir ki, yanğını görən vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürənlər kran və nərdivanların köməyi ilə köpük və su ilə yanğına müdaxilə ediblər.

Yanğın zamanı ölən və ya xəsarət alan olmasa da, binaya ziyan dəyib.

Yanğından yüksələn tüstü İstanbulun bir çox yerindən görünüb.

Günel Məlikzadə