İstanbulda hoteldə yanğın: 40 nəfər təxliyə edildi
    • 1-09-2023, 09:05
    • 94

İstanbulda hoteldə yanğın: 40 nəfər təxliyə edildi

İstanbulun Fatih şəhərində 5 mərtəbəli hoteldə yanğın baş verib. 

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın elektrik lövhəsindən başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər.

Yanğın elektrik lövhəsindən başlayıb.Hotelin yuxarı mərtəbələrində kömək gözləyən 40 turist pilləkənlərin köməyi ilə təxliyyə edilib.

Xəsarət alan və ölən olmayıb. Hotelin girişinə ciddi ziyan dəyib.

Yanğınla bağlı araşdırmalara başlanılıb. 
Günəş Mərd