Alova təslim olan ev külə döndü
    • 8-04-2024, 09:12
    • 129

Alova təslim olan ev külə döndü

Türkiyə Çankırının İlqaz rayonunda alova təslim olan ev yararsız hala düşüb. Hadisə İlqaz rayonu, Sekü kəndində baş verib.

News24.az xəbər verir ki, kənddəki evdə naməlum səbəbdən yanğın baş verib.

Yanğını görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.

Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın digər evlərə keçmədən söndürülüb. Hadisə zamanı can itkisi və xəsarət alan olmasa da, ev yararsız hala düşüb. Yanğınla bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə