Avropa İttifaqının 3 ölkəsi Rusiyaya ixracı kəskin artırdı
    • 5-06-2024, 12:55
    • 171

Avropa İttifaqının 3 ölkəsi Rusiyaya ixracı kəskin artırdı

2024-cü ilin birinci rübündə Avropa İttifaqının üç ölkəsi Rusiyaya məhsul ixracını kəskin artırıb.

News24.az bildirir ki, musavat.com "Eurostat"ın açıqladığı statistikaya istinadən xəbər verir ki, söhbət Kipr, Portuqaliya və İrlandiyadan gedir.

Rusiyaya ixracı ən çox artıran Kiprdir – illik 13 faiz artımla 15,6 milyon avro. Bu məbləğin demək olar ki, hamısı (15,2 milyon avro) yaxtaların, qayıqların və gəmilərin hesabınadır. Bu avadanlıqların Rusiyaya ixracı 19,3 faiz artıb.

Portuqaliya Moskvaya tədarükün artımında ikinci yeri tutub - 7 faiz artımla 24,5 milyon avro. Əsas ixrac məhsulları içkilər, sirkə (daşımaların 22 faizi) və nüvə reaktorları və qazanları (18,9 faiz) olub.

İrlandiya birinci rübdə Rusiyaya ixracı 5 faiz artırmaqla 136,5 milyon avroya çatdırıb. Birinci rübdə bu ölkədən Rusiyaya idxalın böyük hissəsini qeyri-üzvi kimya (38,6 faiz), əczaçılıq məhsulları (36,9 faiz) və optik avadanlıqlar (10 faiz) təşkil edib.

Malta Rusiyaya ixracını demək olar ki, dayandırmaq üzrədir: illik 97 faiz azalma ilə cəmi 3,8 min avro. Rusiyaya ixracı ən çox azaldan əsas ölkə Almaniyadır: 32 faiz azalma ilə 1,9 milyard avro. Buna baxmayaraq, Almaniya Rusiyanın Aİ-də ən böyük ticarət tərəfdaşı olaraq qalır