Mehin Hümbətova təcili əməliyyat olundu
    • 5-06-2024, 13:23
    • 188

Mehin Hümbətova təcili əməliyyat olundu

Müğənni Mehin Hümbətova təcili əməliyyat olunub.

News24.az OLAY-a istinadla bildirir ki, sənətçinin evində bədbəxt hadisə baş verib. Evin həyətə açılan şüşə qapısı sınıb.

Yerə tökülən şüşə parçaları Mehinin sol qolunu dərindən kəsib.

Xəsarət alan sənətçinin yarası dərin olduğu üçün əməliyyata alınaraq qoluna tikiş atılıb.