Ceyhun Bayramov ilə Peter Siyarto arasında görüş keçirildi
    • 5-06-2024, 14:02
    • 120

Ceyhun Bayramov ilə Peter Siyarto arasında görüş keçirildi

Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Peter Siyarto bu gün Bakıda keçirilən Strateji Dialoqun ikinci iclasının yekunlarına dair protokol imzalayıblar.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan və Macarıstan enerji sektorunda güclü tərəfdaşlıq əlaqələri qurublar.


***

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə macarıstanlı həmkarı Peter Siyarto arasında görüş keçirilir.

News24.az xəbər verir ki, görüş P.Siyartonun Bakıya işgüzar səfəri çərçivəsində keçirilir. Xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.