-
- 5-06-2024, 14:26
- 244
İyunun 10-da canilərin lideri Şişkana hökm elan ediləcək
İyunun 10-da Moskva məhkəməsi Şişkan kimi tanınan kriminal avtoritet Oleq Medvedyevin (Şişkanov) hökmünü elan edəcək.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə TASS məhkəməyə istinadla məlumat yayıb.
“Hökm iyunun 10-da Moskva vaxtı ilə saat 11:00-da Moskva şəhər məhkəməsinin binasında elan olunacaq”, - agentlik həmsöhbətinin sözlərindən sitat gətirir.
Şişkan 2019-cu il iyulun 15-də saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək pillə tutmaqda, həmçinin Ramenskinin deputatı Tatyana Sidorovanın və onun ailəsinin üç üzvünün oğurlanmasında və qətliamında iştirakda ittiham olunurdu.
2024-cü il mayın 16-da münsiflər heyəti Medvedyevi bütün ittihamlar üzrə təqsirli bilib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, kriminal aləmdə bu adamı “bir nömrəli qanuni oğru” adlandırırlar.