Məktəblərdə son dərs gününün TARİXİ
    • 5-06-2024, 17:50
    • 186

Məktəblərdə son dərs gününün TARİXİ

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır. 

News24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.