Qış tətili nə vaxt başlayır?- Video
    • 21-01-2020, 17:52
    • 1 208

Qış tətili nə vaxt başlayır?- Video

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyi bununla bağlı videoçarx hazırlayıb. Nazirlikdən News24.az-a verilən xəbərə görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. 

Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Afaq Mirayiq