Bu şəxslərin pensiyası artırılacaq
    • 6-06-2024, 09:29
    • 378

Bu şəxslərin pensiyası artırılacaq

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi keçmiş hərbi qulluqçuların pensiyasının artmasına səbəb olacaq.

News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qanuna dəyişikliyi şərh edərkən deyib.

O qeyd edib ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır.

"Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur.

Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq", - deyə deputat əlavə edib.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisdə iki oxunuşda qəbul edilib.