Kral və Kraliça ağladı
    • 6-06-2024, 15:09
    • 215

Kral və Kraliça ağladı

Hazırda Şahzadə Keyt kimi xərçəng xəstəliyindən müalicə alan Kral Çarlz Normandiya enişinin 80-ci ildönümü üçün keçirilən mərasimə qatılıb. Kral Çarlz Normandiya Çıxışlarının iştirakçılarını "tiranlığı azadlıqla əvəz etdiklərinə" görə tərifləyib.

News24.az xəbər verir ki, Kral “Biz onlara sonsuza qədər borcluyuq” deyərək, mərasimdə həyat yoldaşı Kraliça Kamilla və oğlu Uels şahzadəsi Uilyamla birlikdə iştirak edib. Veteranlar mərasimdə çıxış etmək üçün ayağa qalxdıqda, tamaşaçılar ayağa qalxıb. Kraliça və Kral göz yaşlarına boğuldu.

Normandiya Çıxışında ən yaxın dostunu itirən veteranın çıxışı Kral və Kraliçaya təsir edib.

"Biz onları və o çətin dövrdə xidmət edənlərin hamısını ən dərin minnətdarlıq hissi ilə xatırlayırıq" Kral Çarlz deyib. "Bizə onilliklər ərzində təkrar-təkrar öyrədilən dərsi xatırlayırıq : Azad millətlər tiranlığa qarşı birlikdə dayanmalıdırlar”, deyə əlavə edib

Mərasimə qatılan şahzadə Uilyam da çıxış edərək həyat yoldaşı şahzadə Keytin yoxluğu ilə bağlı “O, bu gün də burada olmaq istərdi” deyib.

Dünən keçirilən mərasim həm Böyük Britaniyada, həm də Fransada keçirilən iki günlük anma tədbirlərinin ilki olub.

Qeyd edək ki, Kral bu gün Ver-sur-Mer'frdə 23 veteranın iştirak edəcəyi anım tədbiri üçün Fransaya gedəcək. Fransaya səfər kralın xərçəng diaqnozundan sonra ilk xaricə səfəri olacaq.

Günel Məlikzadə