Növbəti Kraliça o olacaq - FOTO
    • 6-04-2023, 17:27
    • 226

Növbəti Kraliça o olacaq - FOTO

Kral III Çarlzın tacqoyma mərasimindən sonra həyat yoldaşı Kamilla rəsmi olaraq kraliça olacaq.

News24.az xəbər verir ki, bu barədə məlumatı Bukinqem sarayı təsdiqləyib. Belə ki, sarayın mərasim üçün paylaşdığı dəvətində "Əlahəzrətləri Kral III Çarlzın və Kraliça Kamillanın tacqoyma mərasimi" deyə, yazılıb.

Mərasimdə "konsort" titulu olan Kamilla rəsmi şəkildə "kraliça" adlandırılacaq.

Qeyd edək ki, mayın 6-da Kral III Çarlzın tacqoyma mərasimi baş tutacaq./axşam.az/