Kral Çarlzdan Şahzadə Keytə yeni titul
    • 25-04-2024, 14:06
    • 568

Kral Çarlzdan Şahzadə Keytə yeni titul

Bir müddətdir haqqında spekulyasiyalarla gündəmdə olan Uels şahzadəsi Keyt Middlton xərçəng müalicəsi gördüyünü açıqlayıb. Kraliça Elizabetin ölümündən sonra taxta çıxan kral Çarlz da xərçənglə mübarizə aparır.

News24.az xəbər verir ki, Kral ailəsinin sağlamlıq problemləri ilə mübarizə apardığı bu dövrdə Bukingem Sarayı Şahzadə Keyt Middlton, Kraliça Kamilla və Şahzadə Uilyama yeni titullar verildiyini açıqlayıb.

Uels şahzadəsi "Şərəf yoldaşı" (Companion of Honour) təyin edilib.

Qeyd edək ki, Kral Çarlz Şahzadə Keytə "ona göstərilən hörməti" tanımaq üçün bu şərəfi verdiyini söyləyib.

Günel Məlikzadə