Məşhur proskater sifarişlə qətlə yetirildi
    • 6-06-2024, 23:20
    • 162

Məşhur proskater sifarişlə qətlə yetirildi

Moskvada məşhur proskater, 1989-cu il təvəllüdlü Konstantin Balışanski güllələnib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qətl sifarişli olub. Hazırda hadisə yerində kriminalistlər işləyir.

Hüquq-mühafizə orqanları aydınlaşdırıb ki, qatil üç atəş açıb - birincisi yaxın məsafədən, sonrakı ikisi isə “kontrol atəşi” olub.