Biz buna ikiəlli səs veririk - İlham Əliyev
    • 6-06-2024, 21:55
    • 224

Biz buna ikiəlli səs veririk - İlham Əliyev


Biz bu yaxınlarda bəyan etmişdik ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək üçün mövcud büdcə yetərli deyil və Azərbaycan birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə töhfə, yəni ianə verib.

News24.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

“Zirvə görüşünə, yəni gələn aya qədər bu vəsait Türk Dövlətləri Təşkilatının hesabına oturacaq. Bu, nəyi göstərir? Çünki biz bu təşkilatı gücləndirməliyik. Zirvə görüşləri təbii ki, ən yüksək səviyyəli tədbirdir, TÜRKPA önəmli tədbirdir. Bizim TÜRKSOY-umuz var. Bizim Türk Mədəniyyəti və İrsi Fondumuz var, digər təsisatlar var, akademiyamız var, ona görə təşkilat daha da böyüməlidir. Həm orada hər ölkədən daha çox insan çalışmalıdır, həm də bu təşkilatın beynəlxalq əlaqələri gücləndirilməlidir. Biz bütün beynəlxalq tədbirlərdə iştirak etməliyik. Yəni bizim yolumuz budur. Əminəm ki, gün gələcək Şimali Kipr Türk Cümhuriyyəti də təşkilatın tamhüquqlu üzvünə çevriləcək. Yenə də deyirəm, Azərbaycan bu gün buna ikiəlli səs verir və bu, birliyimizin nə qədər səmimi olmasını bir daha göstərəcək”, - deyə Prezident bildirib.