Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi
    • 7-06-2024, 13:52
    • 240

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

Qırğızıstanın Azərbaycandakı səfiri dəyişib.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstanın "Kabar" Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Prezident Sadır Japarovun sərəncamı ilə Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.

Qırğızıstan dövlət başçısının digər sərəncamı ilə diplomatik missiyanın keçmiş rəhbəri Kayrat Osmonəliyev tutduğu vəzifədən geri çağırılıb.