Azərbaycan İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq
    • 7-06-2024, 23:00
    • 256

Azərbaycan İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.